Qubad İbadoğlu: ” ARDNŞ-in borcu dövlətin borcundan çox olub”backend

Qubad İbadoğlu: ” ARDNŞ-in borcu dövlətin borcundan çox olub”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu sözləri şəxsi \”facebook\” səhifəsində iqtisadçı alim Qubad İbadoğlu yazıb. Onun fikrincə, ARDNŞ son 5 ildə ilk dəfə olaraq 2014-cü ilin maliyyə hesabatını ilin ikinci yarısından etibarən özünün internet səhifəsi vasitəsilə əlçatan edib: “Maliyyə məlumatlarının təhlili göstərir ki, hesabat dövründə cəmi borclar 812 milyon manat artaraq 5 milyard 797 milyon manata çatıb. Borcların 2 milyard 212 milyon manatını qısamüddətli borc öhdəlikləri təşkil edib. 1 il ərzində artımın 91,4 faizi və ya 748 milyon manatı qısamüddətli borc öhdəlikləri olub”.

Q.İbadoğlu müqayisə üçün qeyd edir ki, 01 yanvar 2015-ci il tarixə Azərbaycan Respublikasının xarici dövlət borcu 5 milyard 81 milyon manat olub ki, bu da ARDNŞ-nin borcundan 716 milyon manat azdır: “Onların birlikdə borcu 10 milyard 878 milyon manat olub ki, bu da adambaşına 1150 manat borc deməkdir”.

İnterpress.az