Yanan bina noyabrda təhvil veriləcəkbackend

Yanan bina noyabrda təhvil veriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir müddət əvvəl Bakı şəhəri Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanda yerləşən 16 mərtəbəli yaşayış binasında dəhşətli yanğın oldu. Hadisə nəticəsində 15 nəfər dünyasını dəyişdi, 50 nəfər isə xəsarət aldı.

Baş vermiş faciənin səbəblərini araşdırmaq və nəticələrini aradan qaldırmaq məqsədilə Dövlət Komissiyası yaradılıb.

Həlak olmuş 15 sakinin hər birinin ailəsinə 15 min manat, bina sakini olan 56 ailənin hər birinə isə yanğın nəticəsində zərər dəymiş əmlakına görə ilkin olaraq 20 min manat olmaqla dövlət vəsaiti hesabına birdəfəlik maddi yardım müəyyən edilib.

Hazırda çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğının fəsadlarının aradan qaldırılması ilə bağlı təmir işləri sürətlə davam etdirilir. Məlumatlara görə, artıq binada xeyli işlər görülüb. Təmir ən qısa müddət ərzində tamamlanacaq.

Modern.az saytının əməkdaşı binanın son vəziyyəti ilə maraqlanmaq üçün hadisə yerində olub.

Bizi qapıda fəhlələr qarşıladı. Binada təmir və bərpa işləri gedirdi. İşçilərin təhlükəsizliyi yetərli qədər təmin olunmasa da, usta və fəhlələr binanın fasadında lazımi işləri görməyə davam edirdilər. Bizə binanın içərisinə daxil olmağa icazə vermək istəməsələr də, isarar edib geri çəkilmədik.

Müdriyyət hadisə yerində deyildi, amma əvəzedici səlahiyyətli şəxs kimi tikintinin baş mühəndisi Rəhman Məmmədovla görüşdük. Onun sözlərinə görə, bina başdan-başa əsaslı təmir olunur. Binanın divarlarındakı gipsalitlər sökülürək kərpiclərlə əvəz edilib. Binadaki bütün su, istilik, elektirik, kanalizasiya sistemi yenilənib. Fəhlələr 2 növbəli iş rejimindədirlər. Bununla yanaşı, döşəmələrin parketlənəcəyi, divarların oboylanacağı da bildirildi. Tikinti üçün lazım olan materiallar “Metak” firması tərəfindən gətirilib.

Sakinlərin narazılığı barə suala cavab olaraq Rəhman Məmmədov bildirdi ki, iş icraçıları hər istəyi yerinə yetirə bilməzlər. O, binanın bərpasının dövlət layihəsi çərçivəsində aparıldığını vurğuladı.

Rəhman Məmmədv təmir işlərinin oktyabr-noyabr aylarınadək sona çatacağını diqqətə çatdırdı.

Daha sonra binanın ətrafına baş çəkdik. Yaxınlıqdakı İnternet Klubun müdriyyəti ilə söhbətdə aydın oldu ki, yanğın zamanı internet klub da zərər görüb.İnternet Klubun rəhbəri Şəhriyar Haqverdiyev zərərlə bağlı konpensasiyanın ödənilmədiyini, lakin aidiyyəti qurumların klubun təmir işləri ilə məşğul olduğunu sözlərinə əlavə etdi.

Yanan bina noyabrda təhvil veriləcək

Yanan bina noyabrda təhvil veriləcək

Yanan bina noyabrda təhvil veriləcək

İnterpress.az