Rayonun Çobankol kənd sakini olan Musayevlər ailəsinin altı üzvü xəstəxanaya yerləşdirilib.
1952-ci il təvəllüdlü Pəri Qurban qızı Musayeva, onun oğlu, 1976-cı il təvəllüdlü Mustafa Nəzirməmməd oğlu Musayev, Mustafa Musayevin həyat yoldaşı, 1980-cı il təvəllüdlü Təbrik Merhan qızı Musayeva və Mustafa Musayevin üç övladı – 1999-cu il təvəllüdlü Gülbikə, 2001-ci il təvəllüdlü Günel və 2014-cü il təvəllüdlü Sirac iyulun 8-i saat 02.30 radələrində zəhərlənmə əlamətləri ilə xəstəxananın qəbul şöbəsinə daxil olublar.
Həkim müayinəsi və araşdırmadan sonra məlum olub ki, ailə qarpızdan zəhərlənib. Tibbi yardım göstərildikdən sonra onların vəziyyəti stabilləşib, müalicələri davam etdirilir.
İnterpress.az