Əfqanıstan prezidenti “Taliban”la rəsmi danışıqlara başlayıbbackend

Əfqanıstan prezidenti “Taliban”la rəsmi danışıqlara başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Danışıqlar Pakistanın paytaxtında baş tutub.

Görüşün detalları və nəticələri haqqında məlumat açıqlanmır.

Pakistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Qazi Xəlilulla bildirib ki, ölkəsi baş tutan görüşü əfqanlar üçün barışıq prosesinin asanlaşdırılması öhdəliyi kontekstində nəzərdən keçirir.

Pakistanın baş naziri Nəvaz Şərif isə İslamabadda keçirilən danışıqları irəliləyiş adlandırıb. Bununla yanaşı o, nizamlanma prosesinin çətinliklərinin olacağını da bildirib. N. Şərifin sözlərinə görə, dünya ictimaiyyəti danışıqlar prosesinə heç kimin mane olmadığını görməlidir. ( apa )

İnterpress.az