5×4 sm ölçüsündə olan qurğu kredit kartına bənzəyir. Lakin bu, təkcə ana plata yox, həm də şəbəkəyə qoşulduqdan dərhal sonra işə hazır olan bütöv kompüterdir.
Mikrokompüter bildirişləri göstərən və oyunlarda istifadə oluna bilinən 25 işıq diodu, iki proqramlaşdırma düyməsi, akselerometr və maqnitometr ilə təchiz edilib. Qurğu \”Bluetooth LE\” simsiz rabitəni dəstəkləyir, \”Micro USB\” çıxışına və kənar qurğuların qoşulması üçün beş I/O portuna malikdir. Qurğu bir neçə il əvvəl təqdim edilən populyar \”Raspberry Pi\” mikrokompüterindən 18 dəfə sürətli və 67 dəfə yüngüldür.
\”BBC\” layihəyə çoxlu tərəfdaş cəlb edib. Əsas tərəfdaşlar arasında \”ARM\”, \”Microsoft\”, \”Samsung\” və \”Barclays\” şirkətlərinin adı çəkilir. Buraxılacaq ilkin kompüterlərin satılması yox, paylanması planlaşdırılır. Cari ilin oktyabrında 1 milyon nümunənin paylanması nəzərdə tutulur. Kiçik proqramlaşdırma platalarının ilk sahibləri 11-12 yaşlı məktəblilər olacaq. Bununla şirkət uşaqların kompüter biliklərini və yüksək texnologiyalara maraqlarını artırmaq niyyətindədir.
İnterpress.az