Bu fikri ABŞ-ın keçmiş prezidenti Cimmi Karter səsləndirib.
İnterpress.az xəbər verir ki, 90 yaşlı Karterin fikirləri “The Huffington Post”da dərc edilib.
“Mən belə fikirləşirəm ki, İsa peyğəmbər istənilən sevgini dəstəkləyərdi. Əlbəttə ki, əgər bu əsl sevgi idisə və başqasına zərər vurmurdusa… Mən hələ ki, gey nikahların kiməsə zərər vurduğunu görməmişəm” deyə Karter bildirib.
Bununla belə Karter öz fikirlərini əsaslandırmaq üçün “Bibliya”dan nümunələr gətirə bilməyib.
Qeyd edək ki, Amerika Ali Məhkəməsi eynicinslilərin nikahına icazə verilməsi barədə qərar qəbul edib.
İnterpress.az