İnterpress.az xəbər verir ki, tədbirdə insan alveri probleminin tarixi kökləri, Azərbaycanda insan alveri ilə mübarizənin hüquqi əsasları, insan alveri təhlükəsindən qorunma yolları barədə məlumat verilib.
Tədbir İsmayıllı Tarix Diyarşunaslıq Muzeyində keçirilib. Axşam isə əhalinin ən cox toplaşdığı istirahət parkında acıq havada “Səs” qrupunun iştirakı ilə məlumatlandırma və konsert proqramı təşkil edilib. 200-ə yaxın insanın iştirak etdiyi tədbir İsmayıllı rayon İcra Hakimiyyətinin dəstəyi və təşkilatçılığı ilə baş tutub.
İnterpress.az