Bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova ATƏT PA-nın növbəti sessiyasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, həmin şəxslər Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarında öz valideynlərinin qəbirlərini ziyarət etmək hüququndan istifadə edərkən girov götürülüb: “Bu gün Azərbaycan vətəndaşı olmuş Ermənistan prezidenti “qəhrəmanlaşdırılır”. Bu cür “qəhrəmanlıq” onun ötən əsrin 90-cı illərində insanlığa qarşı cinayətlərində, o cümlədən Xocalıda qırğınlar törətməsində özünü göstərib. O, cinayət məsuliyyətindən qaçıb və Ermənistandan sığınacaq alıb”.
B. Muradova bildirib ki, Ermənistanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Artaşes Geqamyanın qaçqınların qovulduğu ərazilərə, o cümlədən Zəngəzur və İrəvana qayıtması ideyasına qarşı qıcıqlanması etnik təmizləmə təbliğatı ilə eyni mahiyyət daşıyır.
İnterpress.az