Gündüz mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 22-26, gündüz 31-36 dərəcə isti olacaq.
Abşeron çimərliklərində dəniz suyunun hərarəti Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25, Zuğulba, Buzovna, Mərdəkan, Şüvəlan 25-26, Türkan, Hövsan, Şıx, Sahildə 26-27 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 22-27, gündüz 34-39, dağlıq və dağətəyi rayonlarda gecə 13-18, gündüz 25-30 dərəcə isti olacağı proqnozlaşdırılır.
İnterpress.az