Tərcümə mərkəzində yeni qalmaqalbackend

Tərcümə mərkəzində yeni qalmaqal

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

A.Məsud daha bir neçə əməkdaşı işdən uzaqlaşdırıb. Onların arasında Mətbuat və Nəşr məsələləri üzrə müşaviri, şair Fərid Hüseynin də adı var.

Fərid Hüseyn AzNews.az-a məlumatı təsdiq edib: “Mən daha orada işləmirəm. Bir müddət öncə Tərcümə Mərkəzindən çıxmışam”.

Ancaq şair işdən çıxarılmasının səbəbi barədə heç nə deməyib.

AzNews.az-ın Tərcümə Mərkəzindən əldə etdiyi məlumata görə isə onun işdən çıxarılmasının səbəbi yazdığı yazılar və verdiyi açıqlamalar olub: “Bu narazılığın həddi isə onun bir neçə gün öncə Qafqazinfo.az saytının rəhbəri Elbrus Ərudun kitabı haqda yazısı və Lent.az-a verdiyi müsahibəsindən sonra olub”.

Mərkəzdən əlavə ediblər ki, onların xoşları gəlməyən insanları tərifləmək onların prinsiplərinə ziddir: “Ona qəti şəkildə tapşırılıb ki, bundan sonra verdiyi açıqlamaları və yazdığı yazıları Mərkəzlə mütləq razılaşdırmalıdır. Bununla razılaşmayan Fərid Hüseyn isə ərizə yazaraq tutduğu vəzifədən istefa verib”.

Qeyd edək ki, Fərid Hüseynin yerinə Günel Şamilqızının təyin edildiyi deyilir.

İnterpress.az