İnterpress.az silsilə qətlləri ilə “məşhur olan” qadın qatillərin qəribə alışqanlığından yazır.
“Qanlı Kontes” adlı tarixin ən qəddar qadınlarından olan Elizabet Bathori 600-dən çox bakirə qızı öldürərək qanını içib. Onun hətta öldürdüyü qızların qanı ilə vanna qəbul etdiyi də bildirilir. Buna səbəb isə gənc qalmaq arzusu olub.
Meri Kotton “qara dul” ləqəbi ilə tanınır. O, 4 ərini, çox sayda sevgilisini, dostunu və 12 uşağı öldürməklə tarixə düşüb. 1873-cü ildə asılaraq edam edilib. Ancaq cəlladın ona yazığı gəlməyib, qısa zamanda ölməsi üçün tələb edilən zəhər damcısını verməyib. Buna görə də uzun müddət acı çəkərək ölüb.
Ameliya Dyer adlı qadın isə 19-cu əsrdə İngiltərədə “uşaq ferması” ilə tanınıb. O, abortla da məşul olurdu. Rəsmi mənbələrdə onun 12 uşağı öldürdüyü yazılır. Ancaq əslində onun öldürdüyü uşaq sayının 400 olduğu deyilir.
19-cü əsrdə Yeni Orleanda yaşayan Laurens adlı qadının çox sayda qulu vardı. İnsanlar onun qullarla çox yaxşı rəftar etdiyini düşünürdülər. Ancaq onun malikanəsində baş verən bir yanğından sonra dəhşət ortaya çıxdı. Məlum oldu ki, quldar qadın öz qullarına işgəncə verir və daha sonra onları bir otaqda asıb öldürürmüş. Həmin otaqdan qulların cəsədləri tapıldı.
Naqrevdə yaşayan Culiya Fazekas adlı qadın isə öz həmcinslərinə sevgililərini öldürməkdə kömək edirdi. Kişilər müharibəyə getdiklərinə görə qadınlar özlərinə yeni sevgili tapırdılar. Ancaq müharibədən qayıdan ərlərin bu sevgililər barədə heç nə bilməməsini istəyirdilər. Buna görə də Culiya sevgililərin aradan götürülməsində çox sayda qadına kömək etmişdi. Rəsmi mənbələrə görə, 1914-29-cu illərdə 300-dən çox kişi zəhərlənərək öldürülümşdü.
1891-ci ildə Marta adlı qadın əri və 3 uşağını zəhərləyərək öldürdü. Ancaq bu cinayətin onun tərəfindən törədildiyini heç kəs bilmədi və sığorta qadına külli miqdarda pul ödədi. Marta Otta adlı bir nəfərin evini kirayələdi. Daha sonra isə Otto ilə sevgili oldu. Ancaq bu zaman onun qardaşı vəfat etdi və qanında zəhər tapıldı. Bunda sonra Martanın əri və uşaqlarını cəsədi yarıldı. Hər 4 cəsəddə də eyni nəticə göründü.
Maqdalena Solis Meksikada insan qanı içməsi və öldürdüyü insanların ürəyini çıxarması ilə tanınıb.
Beverli Allitt, yaxud başqa adı “Ölüm mələyi” olan qadın isə daha çox uşaqları öldürməkdən həzz alırdı. Tibb bacısı olaraq çalışdığı xəstəxanada uşaqlara insulin vuraraq öldürürdü. İnsulin tapmadıqda isə uşaqları boğurdu. Ancaq onun uşaqları niyə öldürdüyü hələ də sirr olaraq qalır və qatil hələ də yaşayır.
Amerikada Aileen Vuornos adlı fahişə isə həm də silsilə qatil olub. Sevişdiyi kişiləri öldürərək meşədə basdırıb. Onun barəsində “Cani” adlı film də çəkilib.
İnterpress.az