İnterpress.az xəbər verir ki, hadisə Mimenssinqx şəhərində baş verib.
Ramazan ayı münasibətilə kasıblara pulsuz paltar paylayan müəssisənin darvazası qarşısında yaranan basabasda ölənlər arasında uşaqların da olduğu xəbər verilir.
Polis bir neçə nəfəri, o cümlədən fabrik direktorunu həbs edib. Banqladeş televiziyası hadisə zamanı çəkilən bəzi görüntüləri təqdim edib. Əsasən qadınların öldüyü hadisənin qurbanlarının sayı arta bilər.
İnterpress.az