Cəbhədə gərginlikbackend

Cəbhədə gərginlik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Respublikası İcevan rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Noyemberyan rayonunun Dovex kəndində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kəmərli kəndində, Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Goranboy rayonunun Tapqaraqoyunlu, Talış, Gülüstan, Tərtər rayonunun Çiləbürt, Göyarx, Qızıloba, Ağdam rayonunun Şıxlar, Yusifcanlı, Qaraqaşlı, Cəvahirli, Kəngərli, Novruzlu, Füzuli rayonunun Qorqan, Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy və Füzuli rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Qarşı tərəf cavab atəşi ilə susdurulub.

İnterpress.az