Hadisə bu gün səhər saatlarında Moranlı kəndində qeydə alınıb.
Kənd sakini, 1974-cü il təvəllüdlü Firdovsi Emin oğlu Təhməzov aralarında yaranan münaqişə zəminində qohumu, 1985-ci il təvəllüdlü Natiq Əlövsət oğlu Təhməzovu tüfənglə güllələyərək qətlə yetirib.
Hadisədən sonra F. Təhməzov qətl törətdiyi silahla özünü də gülləyərək intihar edib.
Hazırda faktla bağlı araşdırma aparılır. ( apa )
İnterpress.az