Hadisə bu gün səhər şəhərin Günəşli yaşayış massivində qeydə alınıb.
Mingəçevir şəhər sakini Əlfi Şükürovun idarə etdiyi, Mingəçevir şəhər Təcili Tibbi Yardım stansiyasına məxsus 90-JX-689 dövlət nömrə nişanlı, “Mercedes” markalı avtomobil qarşı tərəfdən gələn 99-AM-835 dövlət nömrə nişanlı, “Mitsubishi” markalı minik avtomobili ilə toqquşub.
Hadisə zamanı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılan xəstə, 1979-cu il təvəllüdlü Paşayeva Nadirə Fadil qızı və onun yanındakı qohumu, 1960-cı il təvəllüdlü Kərimov Mahir Alməmməd oğlu xəsarət alıb.
Qeyd edək ki, xəstəxanaya aparılan Nadirə Paşayeva sulfat turşusu içərək zəhərləndiyi üçün xəstəxanaya aparılırmış.
Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır. ( apa )
İnterpress.az