İlham Əliyev ABŞ Dövlət Departamentinin xüsusi elçisini qəbul edibbackend

İlham Əliyev ABŞ Dövlət Departamentinin xüsusi elçisini qəbul edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil etməsinin və Oyunlar zamanı gözəl əhval-ruhiyyənin mövcud olmasının önəmini qeyd edən A. Hokstayn bunun həm ölkəmiz, həm də dünya üçün əhəmiyyətli hadisə olduğunu deyib.

Görüşdə Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə inkişafının hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, ölkələrimizin enerji sahəsində əməkdaşlığından məmnunluq ifadə olunub və bu əməkdaşlığın davam etdirilməsinin vacibliyi vurğulanıb.

İnterpress.az