Uyğur rejissor: “Yaşananlar həqiqətdir”backend

Uyğur rejissor: “Yaşananlar həqiqətdir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Şərqi Türküstandan qaçaraq Türkiyəyə sığınan və 2011-ci ildən Türkiyə vətəndaşı olan Abdurrahman Uyğur Öztürk “Ağ Balina” adlı film çəkəcək. Filmin mövzusu Şərqi Türkistandan götürülüb. Öztürk “Bu filmi çəkməyi özüm üçün vəfa borcu hesab edirəm” deyib.

“Yaşananlar gerçəkdir”

Bir neçə həftədir ki, Çində baş verənlərlə bağlı mediada əks olunan fotoşəkil, xəbərlər hər kəsin diqqətindədir. Bəzi dairələr yaşananların gerçək olmadığı fikirində olsa da, uyğur rejissor onlarla razılaşmır: “Şərqi Türkistanda yaşanan hər şey gerçəkdir. Edilən qırğınlar həqiqətdir. Yalnız 2010-cu ildə çəkilən bir fotoşəkil indi mediada əks olunur. Bu Ramazanda deyil, beş il əvvəlki Ramazanda çəkilən fotoşəkillər paylaşılır. Çin belə təkzib etmədiyi halda, Türkiyə niyə təkzib edir?
“Görəsən Öztürk niyə bütün bunları anladan bir film çəkmədi?” deyə bir sual versəniz deyərəm ki, belə bir düşüncəm var. Ancaq büdcəsi çox böyük olacağına, nazirlik də ilk filmimdə dəstək verə bilməyəcəyinə görə hələlik layihəni saxlamışam”.

İnterpress.az