Fransanın Vilnev-la-Qaren şəhərindəki ticarət mərkəzində girov götürülən şəxslər azad olunub.
***
İnterpress.az xəbər verir ki, hadisə yerinə polis əməkdaşları gəlib.
İlkin versiyaya görə, girov götürən şəxslər 2-3 nəfərdir. Onlar ticarət mərkəzindəki mağazalardan birinə girərək qapını bağlayıblar. Girovların hamısı həmin mağazada işləyən şəxslərdir.
Hələlik onlar heç bir tələb irəli sürməyib. Polis hadisənin silahlı qarətlə bağlı olduğunu güman edir.
İnterpress.az