Tayland geri çəkildi: uyğurlar Çinə göndərilməyəcəkbackend

Tayland geri çəkildi: uyğurlar Çinə göndərilməyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən bildirir ki, Tayland hökumətinin sözçüsü ölkədə qalan 60 uyğur türkünün öz arzularına müvafiq olaraq başqa ölkəyə göndəriləcəyini açıqlayıb.

Tayland hökumətinin bu açıqlaması Çinə qaytarılan uyğur türklərinin əllərində qandal, başlarına isə qara çuval keçirilmiş halda görüntülərinin yayılmasından sonra verilib. Çin televiziyalarında uyğurların görüntülərini görən Tayland hökuməti qərarının yanlış olduğunu bildirib.

Bundan sonra Tayland ölkədə qalan 60 uyğur türkünün istədikləri digər ölkələrə göndəriləcəyinə dair mövqeyini açıqlayıb. Hökumət sözçüsü Sansern Kaevkamnerd bildirib ki, ölkədə qalan 60 uyğur türkünün şəxsi işinə diqqətlə baxılacaq. Onların adının terroçular siyahısında olub-olmadığı dəqiqləşdiriləcək. Uyğurlar öz istəklərinə uyğun olaraq Türkiyəyə göndərilə bilər.

İnterpress.az