Məqsəd Nur ATV-də işdən çıxarıldıbackend

Məqsəd Nur ATV-də işdən çıxarıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kanal rəhbərliyinin bu barədə əmri bir neçə gün əvvəl verilib. Qeyd edək ki, M.Nurun işdən çıxarılacağı ilə bağlı xəbərlər çoxdan dolaşırdı. Hətta, bu ilin əvvəlində onun ATV-dən ayrılaraq “Xəzər” Televiziyasının Xəbərlər Departamentinə rəhbər vəzifəsinə gedəcəyi barədə də məlumatlar yayılmışdı. Bir neçə ay öncə isə M.Nurun kadrları hesab olunan bir qrup jurnalistin ATV-dən uzaqlaşdırılıması onun özüylə də yaxınlarda vidalaşılacağı xəbərini aktuallaşdırmışdı. Məlumata görə, onun işdən uzaqlaşdırılmasının bu qədər gecikməsi, ailəsində baş verən faciə – həyat yoldaşının intihar etməsi ilə bağlı olub.

Həmin vaxtdan işə demək olar ki, çıxmayan Məqsəd Nur bir neçə gün öncə çalışdığı kanaldan rəsmən ayrılıb. Məsələylə bağlı ATV-nin sözçüsü Vaqif Aydınoğlu AzNews.az-a bunları deyib:“Məzuniyyətlə əlaqədar ATV-yə az-az gedirəm. Ona görə də xəbərim yoxdur. Dəqiqləşdirib sizə məlumat verərəm”.

Məqsəd Nurun özü isə telefonlara cavab verməyib.

Məlumat üçün bildirək ki, ATV-nin hazırkı rəhbəri Vüqar Qaradağlı ilə Məqsəd Nur uzun illər “Lider” televiziyasında çalışıblar. O zaman da V.Qaradağlı ikincini işdən kənarlaşdırmışdı. Sonradan Qaradağlının özünü də “Lider”dən uzaqlaşdırdılar və o, eks-millət vəkili Gülər Əhmədovanın təsisçisi olduğu “Mərkəz” qəzetinin baş redaktoru vəzifəsində çalışdı. Qəribədir ki, bu iki jurnalistin yolları yenidən daha bir televiziyada (ATV) çarpazlaşdı. Amma bu dəfə də Qaradağlı Məqsəd Nuru yola saldı… ( aznews.az )

İnterpress.az