İqtisadçı-ekspert: “Daha 3 bankın fəaliyyəti məhdudlaşdırılacaq”backend

İqtisadçı-ekspert: “Daha 3 bankın fəaliyyəti məhdudlaşdırılacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu sözügedən bankın bağlanması xəbərini şərh edən iqtisadıçı-ekspert Vüqar Bayramov bildirib.

Vüqar Bayramovun sözlərinə görə, Azərbaycan Kredit Bankının minimum məcmu kapital ilə bağlı öhdəliklərin yerinə yetirilməsində çətinlikləri var idi: “Sözügedən bank minumum məcmu kapitalını ötən ilki 5.8 milyon manatdan bu ilin aprelinə, sonuncu rəsmi hesabatı yaydığı vaxtadək 49 milyon manata çatdıra bilməsinə baxmayaraq, hələ də Mərkəzi Bank məlum tavanına əməl edə bilmirdi. Eyni zamanda bankın idarəedilməsində, xüsusən də risk menecmentində problemlərin olması da istisna edilmir. Buna görə də, Mərkəzi Bank bu bankın fəaliyyətinin məhdudlaşdırılması barədə qərar qəbul edib. Bütövlükdə sözügedən qərar bank sektoruna ciddi təsir göstərməyəcək. Söhbəti marjinal təsirləri olan banklar ilə bağlı qəbul edilən qərardan gedir. Bununla yanaşı, ötən ilin payızında proqnozlaşdırıldığı kimi bütövlükdə 5 bank ilə bağlı oxşar qərarların qəbulu gözlənilir. Deməli, bu ilin 2-ci yarısı və gələn il əvvəllərində daha 3 bankın fəaliyyətinin məhdulaşdırılması ilə bağlı qərar qəbul ediləcəyi istisna deyil. Bank sektorundakı mövcud vəziyyəti nəzərə alaraq Mərkəzi Bankın bankların konseldasiyasına çalışması və zəif bankların birləşdirilməsi prosesini stimullaşdırması daha məqsədəuyğun olardı”.

İnterpress.az