İnterpress.az xəbər verir ki, mütəxəssislərin uzun müddət apardığı araşdırma sonunda beyni öldürən yeməklərin siyahısı hazırlanıb.
Siyahıya şəkər və şəkərdən hazırlanan məhsullar daxil edilib. Mütəxəssislərin fikrincə, uzun müddət şəkəri çox olan məhsullardan istifadə ciddi problemlərə səbəb ola bilər. Belə ki, bu məhsullar hafizəni zəiflədir, öyrənmə qabiliyyətini aşağı salır.
“Fast food” yeməklər beynin kimyasını dəyişdirir. Bu da depresiyaya yol açır.
Qızardılmış yeməklər beyin sinirlərini zədələyir. Əvvəlcədən bişirilən yeməklər də beynə zərəri ilə siyahıda yer alır. Belə ki, belə yeməklərin beyin pozğunluğuna yol açdığı bildirilir.
Alzaymer xəstəliyini yaradan səbəblərdən biri kimi də məhz əvvəlcədən bişirilərək saxlanan yeməklər göstərilir.
Taxıl məhsulları da beynin funksiyalarına ciddi zərəri ilə fərqlənir. Bunların içində yeganə olaraq 100 faiz tam kəpəkli taxıllar ziyansızdır. Süni dadlandırıcıların qatıldığı içkilər və yeməklər də beyni öldürür. Uzun müddət istifadəsi zehni poğunluğa yol açır.
İnterpress.az