Xəstəxanada atdığı körpəsini axtaran qadın evdən qovuldu – BAKIDAbackend

Xəstəxanada atdığı körpəsini axtaran qadın evdən qovuldu – BAKIDA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, valideynləri tərəfindən evdən çıxarılan gənc qadın “Təmiz dünya” İctimai Birliyinin sığınacağında yerləşdirilib.

Əminə Axundova İnterpress.az-a bildirib ki, 2013-cü ildə dini nikahla evləndiyi gəncdən oğlu dünyaya gəlib: “Ancaq nə onun, nə də mənim valideynlərim bu evliliyə razı deyildi. 2013-cü martın 5-də Respublika Klinik Xəstəxanada oğlumuz dünyaya gəldi. Ancaq mənim o zamankı gərginliyimdən istifadə edərək atası uşağa baxmağa imkanı olmadığına dair sənəd imzaladı və mənə də imzalatdırdı. Uşaq xəstəxanadan körpələr evinə göndərildi. O zamandan bəri uşağımızı görmədim”.

Bu hadisədən sonra həyat yoldaşı ilə birlikdə yaşamağın mümkün olmadığını görə gənc qadın atası evinə qayıdıb. Ancaq valideynləri onun övladını körpələr evindən götürməsinin qeyri-mümkün olduğunu, belə olacağı təqdirdə onu evə qəbul etməyəcəklərini bildiriblər: “Valideynlərim dedi ki, məni qəbul edirlər, ancaq uşağı yox. Uşağımı axtardığımı görüb məni evədn çıxartdılar”.

“Təmiz dünya” İctimai Birliyinin araşdırmasına görə isə uşaq elə ilk zamanlardan etibarən başqa bir ailəyə övladlığa verilib.

Elnarə
İnterpress.az