Azərbaycan Mərkəzi Bankının (AMB) iyulun 15-ə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi dünənki həddə, yəni 1,0492 manat olub.
Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0004 manat və ya 0,04% ucuzlaşaraq 1,1546 manat olub.
İnterpress.az