Yunanıstan qarışdı! Şəhər döyüş meydanına döndü – VİDEObackend

Yunanıstan qarışdı! Şəhər döyüş meydanına döndü – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Yunanıstan parlamenti avro bölgəsi liderlərinin yunan hökumətinə \”86 milyard avroluq üçüncü xilasetmə paketi\” qarşılığında tələb etdiyi islahatlar paketi ilə əlaqədar qanun layihəsini dünən axşam səsverməyə çıxarıb.

Yunan hökumətinin, sözügedən \” xilasetmə paketi\”ni ala bilməsi üçün islahat layihələrini Məclisdən keçirməsi lazımdır.

İflasdan xilas olmaq və avrozonada qala bilmək üçün avro bölgəsi liderlərinin ağır şərtlərini qəbul etmək məcburiyyətində qalan yunan hökuməti islahat paketiylə əlaqədar qanun layihəsini Məclisə təqdim edib.

Qanun layihəsi qəbul ediləcəyi təqdirdə, Yunanıstanda kəmər sıxma tədbirləri daha da ağırlaşdırılaraq davam edəcək.

Gərginlik yüksəldi

Bu arada yunan hökuməti tərəfindən qəbul edilən “xilasetmə paketi\” nə etiraz edənlər Afina küçələrində etiraz nümayişləri keçirib. Gərginliyin xeyli yüksəldiyi Afinada nümayişçilərlə polisə arasında qarşıdurma yaranıb. Nümayişçilər polisə daş və molotof qumbaraları atıb, polis isə nümayişçilərə gözyaşardıcı qazla müdaxilə edib. Etirazçılardan bəziləri həbs edilib.

“Sintagma Meydanı”nda keçirilən aksiyalara qatılan bəzi həmkarlar ittifaqları, əczaçılar, ictimai işçiləri və bələdiyyə işçiləri yeni kəmər sıxma siyasətinə qarşı çıxıb.

Çiprasdan birlik çağırışı

Yunanıstan baş naziri Aleksis Çipras parlamentdə qəbul edilməsi gözlənilən kritik səsvermədən əvvəl SYRIZA millət vəkillərinə birlik çağırışı ilə səslənib. SYRIZA məclis qrupu konfransında millət vəkillərinə müraciət edən Çipras Məclis qrupunun dəstəyi olmadan baş nazirlik vəzifəsinə davam edə bilməyəcəyini söyləyib.

Borc mövzusunda əlindən gələni etdiyini və başqa çıxış yolu olmadığını ifadə edən Çipras etiraz edən millət vəkillərinə “Mənim ağlıma gəlməyən, alternativ çıxış yolu varsa, təklif edin” deyə bildirib.

İclasda çıxış edən enerji naziri Panayotis Lafazanis isə, hökumətin hər hansı bir şantaj yolu ilə memorandum qəbul edə bilməyəcəyini ifadə edərək, qanuna səs verməyəcəyini, ancaq hökuməti dəstəkləməyə davam edəcəyini söyləyib. Bəzi millət vəkilləri də Yunanıstanın Almaniya maliyyə naziri Volfqan Şoyblönun təklifini qəbul edərək 5 illiyinə avrozonadan çıxmaq lazım olduğunu ifadə ediblər.

İnterpress.azhttps://youtube.com/watch?v=J2G1TAwvYI0