Bu haqda məlumatı “Rambler Novosti” yayıb.
Məlumata görə, 1975-ci ildən başlayaraq ölkədə 15 yaşında olan 28685 gənc oğlan və qız nikah bağlayıb.
Ekspertlərin fikrincə, erkən yaşından evlənmək ənənəsi getdikcə elə vüsət alıb ki, 14 yaşında belə nikah bağlayanlar olub.
Bu isə Avropa ölkəsi olan İspaniyada böyük narahatlıq doğurub.
“Bu qanun məcburi nikahların qarşısının alınması üçün ən yaxşı vasitədir. Daha bundan sonra gənclər düşünülmüş şəkildə ailə qura biləcəklər”, – deyə “Uşaq platforması” qeyri-hökumət təşkilatının prezidenti Karlos Martines Almeyda bildirib. ( aznews.az )
İnterpress.az