Müsavatda 18 qadın yarışacaqbackend

Müsavatda 18 qadın yarışacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Partiyanın təşkilat şöbəsinin sədri Razim Əmiraslanlı İnterpress.az-a bildirib ki, artıq ərizə qəbulu başa çatıb və 18 nəfər ərizəsini təqdim edib. Onlardan 1 nəfəri Qadınlar Birliyi sədrliyinə, 3 nəfəri MTK-ya, digərləri isə sərbəst şura üzvlüyünə namizədliklərini verib: “Bundan başqa iclas günü də namizədliyini vermək istəyənlərə şərait yaradılacaq”.

Xatırladaq ki, Müsavat Partiyasının Qadınlar Birliyinə bundan əvvəl Ellada Məmmədli rəhbərlik edib. Qubad İbadoğlunun tərəfdarı olan Ellada Məmmədli partiyadan çıxarıldıqdan sonra Qadınlar Birliyi də buraxılıb və yeni birlik üçün təşkilat komitəsi yaradılıb. Birliyin yeni sədri iyulun 19-da keçiriləcək iclasda seçiləcək.

Elnarə
İnterpress.az