Arif Məmmədov dövlət sirrini yaymaqda ittiham edildibackend

Arif Məmmədov dövlət sirrini yaymaqda ittiham edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, iclasda dövlət büdcəsindən Azərbaycanın Niderland Krallığındakı Səfirliyinin saxlanılmasına ayrılan vəsaitlərin istifadəsinə və dövlət rüsumlarının tutulmasına, dövlət büdcəsindən Avropa Şurası yanında Daimi Nümayəndəliyinin (Strasburq) saxlanılmasına ayrılan vəsaitlərin istifadəsinə dair müvafiq zəruri tədbirlərin görülməsi və həmin tədbirlərin nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün Kollegiya Qərarlarının Xarici İşlər Nazirliyinə və Niderland Səfirliyinə göndərilməsi qərara alınıb.

Dövlət büdcəsindən 2007-2012-ci illərdə Azərbaycan Respublikasının Avropa Şurası yanında Daimi Nümayəndəliyinin (Strasburq) saxlanılmasına ayrılan vəsaitlərin istifadəsi zamanı büdcə vəsaitlərindən qanunsuz istifadə, rəsmi sənədlərə yalan məlumatların daxil edilməsi, dövlət sirrinin qorunmaması, hesabatlılığın təmin edilməməsi halları və bir sıra ciddi nöqsan və çatışmazlıqlara yol verilməklə dövlətə külli miqdarda zərər vurulması ehtimalı nəzərə alınaraq müvafiq yoxlama materiallarının “Hesablama Palatası haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin on ikinci abzasının və Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 22 iyun tarixli 103 nömrəli Fərmanının 7-ci bəndinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi qərara alınıb.

Audit tədbirlərinin nəticələri barədə məlumatların qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının Milli Məclisinə təqdim ediləcək.
Kollegiya iclasında, həmçinin, İş planı ilə nəzərdə tutulmuş bir neçə nəzarət tədbiri üzrə Audit proqramları təsdiq edilib.

Qeyd edək ki, 2007-ci ilin yanvarından 2012-ci ilin sentyabrınadək Strasburqda Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi Arif Məmmədov olub.

Atif Məmmədov isə məsələyə münasibətində “Hesablama Palatasının dövlət sirrini yayması ilə bağlı qərar çıxarması gülüncdür. Mən başa düşə bilmirəm ki, Hesablama Palatası bunu necə hesablaya bilər?” deyə bildirib.

İnterpress.az