İnterpress.az xəbər verir ki. təşkilatın rəhbəri Mehriban Zeynalovanın imzası ilə göndərilən məktubda sığınacağın sakini, xəstəxanda dünyaya körpə gətirən Babayeva Səkinə Oktay qızına göstərilən yüksək tibbi xidmətə görə təşəkkür yer alıb.
““Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyi olaraq vaxtaşırı tibbi xidmətlərə ehtiyacı olan şəxslərlə təmasda olur, onlaırn tibbi ehtiyaclarının qarşılanması üçün tibb müəssisələri ilə əməkdaşlıq edirik. Növbəti əməkdaşlığımızın nəticəsi olaraq bu günlərdə “Təmiz dünya” İctimai Birliyinin sığınacağında məskunlaşan Babayeva Səkinə Oktay qızı 1 saylı Miqasimov adina Respublika Klinik Xəstəxananın doğum şöbəsində körpəsini dünyaya gətirib. Bütün xəstəxana kollektivi, başda xəstəxananın baş həkimi Telman İbadov, dogum şöbəsinin müdiri Zəhra Abbasova, dogum həkimi Ağalarova Vüsalə, mama-ginokoloq Əhmədova Fərqanəyə pasiyentə göstərdikləri diqqət və qayğıya, yüksək tibbi xidmətə görə təşəkkürümüzü bildirir, Səhiyyə Nazirliyinə tibb müəssisələrinin maddi-texniki bazasının yüksəldilməsi, səhiyyə xidmətinin keyfiyyətinin artırılması yolundakı fəaliyyətində uğurlar arzulayırıq” deyə məktubda bildirilir.
İnterpress.az