İsrail öz əsgərini öldürüb?backend

İsrail öz əsgərini öldürüb?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, İsrailin son Qəzza əməliyyatında öz əsgəri Hadar Qoldini öldürdüyü iddia edildi.

İsrailin “Qoruyuxu xətt” əməliyyatı davam edərkən keçən ilin avqustun birində 1 mayor və 3 əsgər pusquya salınmışdı. Onlardan yalnız Hadar Qoldin canını qurtara bilmişdi. Digərləri isə həlak olmuşdu. Həmin dövrdə HAMAS-ın 2006-cı ildə qaçırıb 2011-ci ildə 1027 fələstinli qarşılığında buraxdığı çavuş Gilat Şalit xatırlanmışdı. Müdaifə naziri Moşe Yaalonun da qohumu olan həmin əsgərin bir müddət sonra öldüyü deyilmişdi.

O dövrdə İsrail ordusunun 1986-cı ildən bəri qüvvədə olan “Hannibal protokolu”nu tətbiq edərək yoldaşlarını öldürdüyü iddiası ortaya atılmışdı, amma bu təsdiqini tapmamışdı. Bu protokola görə bir əsgərin qaçırılması zamanı həmin hərbiçinin canına zərər veriləcəyi bilinsə də İsrail dövlətini terroristlərlə müzakirə edəcək vəziyyətə salmaması üçün bütün tədbirlərin alınmasını nəzərdə tuturdu. Yəni, bir hərbiçi qaçırılırsa və onu xilas etmək mümkün olmazsa qaçıranlarla birlikdə öldürülməsinə icazə verilir. Bu protokolun Qoldin üçün də tətbiq edildiyinə dair məlumat İsrailin xəbər saytı olan Ynetə ötürülən səs yazılarıyla təsdiqlənib.

Səs yazılarında Qoldinin tabe olduğu Qivati alayının rəhbəri palkovnik Ofer Vinter və palkovnik Eli Ginonun Refahda baş verən hadisələrdə oradakı hərbiçilərlə danışıqları var. Komandirlər əsgərin qaçırılmasından sonra Qoldinin aparıldığı bir HAMAS tunelinin bombalanması əmrini verirlər. Bu tunnel Refahın mərkəzindəki bir məscidin altından keçdiyindən ətrafdakı mülki fələstinlilər də hədəf olurlar. Fələstin hakimiyyətinin iddiasına görə bombalar 130-150 mülkinin ölümünə səbəb olub.
Səs yazılarının yayılmasından sonra həmin iki zabitin hərbi polis tərəfindən dindirilməsi ehtimali gündəmə gəlib. İsrailin “qara cümə” kimi qeyd etdiyi hadisənin səs yazılarının sızmasına ordu da sərt münasibət bildirib. Baş qərargah rəisi Benni Qantz bildirib ki bu səs yazılarını mediaya sızdıranların kimliyini axtarmaq üçün araşdırmalara başlanılıb.

İnterpress.az