İnterpress.az xəbər verir ki, Şanlıurfanın Suruç rayonunda törədilən, 32 nəfərin həyatını itirdiyi, 104 nəfərin isə yaralandığı hadisənin Diyarbakır hücumuyla əlaqəli olduğu dəqiqləşdirilib. Canlı bomba Adıyaman şəhərində qeydiyyatda olan 20 yaşlı Şeyx Əbdülrəhman Alagöz olub.
Türkiyə mətbuatı HDP-nin 5 iyunda Diyarbəkirdə baş tutan mitinqindəki partlayışı da Adyaman sakininin törətdiyini yazıb.
Canlı bomba-İŞİD əlaqəsi
Həmin şəxsin İŞİD-lə əlaqəli olduğu ortaya çıxıb. Hadisə şahidlərinin canlı bombanın qadın olduğu iddialarından sonra qadın paltarı geyinmiş kişi ola biləcəyi ehtimalı da nəzərə alınmışdı.
Qeyd edək ki, dünən Suriyanın Kobani şəhərinin sərhədə yaxın hissəsində də partlayış törədilib. Hadisə Şanlıurfanın Suruç şəhərindəki partlayışla eyni vaxtda törədilib.
Terror təşkilatı olan İŞİD-in rəsmi xəbər agentliyi “Amak”da yayımlanan açıqlamada Kobaninin PYD güclərinə intihar hücumu reallaşdırdığə və çox sayda PYD döyüşçüsünü öldürdüklərini bildirib. Agentlik eyni dəqiqələrdə reallaşan Suruç hücumuyla əlaqədar heç bir şərh verməyib.
İstişhad hücumu
İŞİD-in Facebook vasitəsilə yaydığı məlumatda bu ifadələr yer alıb: “Kobaninin PKK qüvvələrinə qarşı istişhad hücumu reallaşdırılıb. Kobani mərkəzinə hücumda bir çox adam öldürülüb”.
Xatırladaq ki, Suruçda 32 nəfərin öldüyü bombalı hücumun İŞİD tərəfindən həyata keçirildiyi ehtimalı daha böyük idi. Ancaq İŞİD-dən bu hadisə ilə əlaqədar açıqlama verilməyib.
İnterpress.az