Yadplanetli üçün 100 milyon dollarbackend

Yadplanetli üçün 100 milyon dollar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu iki şəxsin başlatdığı layihə şərçivəsində ABŞ və Avstraliyada iki radioteleskop quraşdırılacaq və 9 milyon könüllü davamlı kosmosu izləyəcək. Milner kainatda tapılacaq yadplanetlilərə ən maraqlı mesajı göndərəni 1 milyon dollarla mükafatlandıracaq.

Milner açıqlamasında bütün Samanyolu və 100 qonşu qalaktikanın izlənəcəyini söyləyib. Milnerin fikrincə, onlarla il görülən işlərdən fərqli olaraq sahib olunan texnologiya imkanları kosmosda yeni həyatların kəşfinə imkan verir.

Ən böyük suallardan biri olan yadplanetlilərin varlığı ilə əlaqədar Havkinq \”Dünya xaricində həyatın var olub -olmadığını kəşf etməyin vaxtı gəldi. Sonsuz bir kainatda başqa həyatlar ola bilər. Bəlkə də kainatın bir küncündə bəziləri dünyamızdan gələn işıqları anlamağa çalışır” deyib.

“Kosmosda həyatlar” mövzusunda fəaliyyəti ilə məşhur SETI araşdırma qrupunun üzvü Dan Verthimer bu miqdarda qrantı təsəvvür belə etmədiklərini bildirib.

İnterpress.az