Baş nazir burada yeni əsgərlərin hərbi xidmətə yola salmaq üçün təşkil edilən mərasimdə iştirak etdikdən sonra Adıyaman Təhsil və Araşdırma Xəstəxanasına yola düşüb. O xəstəxanada 2 yaralı hərbiçini ziyarət etmək istəyib.
Davudoğlunun konvoyunda olan avtomobillərdən biri təcili tibbi yardım maşını ilə toqquşub.
Qəza nəticəsində iki polis əməkdaşı yaralanıb. Onlardan birinin adı məlum olmasa da digərinin adı Sadullah Ergindir.
Hadisə yerinə gələn təcili tibbi yardım briqadası tərəfindən yaralı polislərə edilən ilk tibbi yardımdan sonra onlar təcili yardım maşını ilə Adıyaman Təhsil və Araşdırma Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırmalara başlanılıb. ( anspress.com )
İnterpress.az