Yoldaşlarının ətini yeyib, iliyini içən dənizçilərbackend

Yoldaşlarının ətini yeyib, iliyini içən dənizçilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, 19-cu əsrdə Kanadanın şimalında yoxa çıxmış dəniz ekspedisiyasının üzvlərinin hannibalizmin ekstremal formalarından istifadə etmək məcburiyyətində qaldığına dair sübutlar tapılıb. Dənizçilərin sümüklərinin analizi göstərib ki, ekspedisiyanın acından ölən üzvləri nəinki ölən yoldaşlarının ətini yeyib, həmçinin onların sümüyündəki iliyi də içib. Bu barədə yeni tədqiqat “Journal of Osteoarchaeology”də dərc olunub.

1848-ci ildə dənizçilər buzda gəminin hərəkətinin çətinləşməsi səbəbi ilə cənuba üzmək qərarına gəlib. Ancaq plan işə yaramayıb. Ərazidə qidalanmaq üçün quş olmayıb, balıq tutmaq üçün isə qalın buzu qırmaq lazım gəlib. Hətta aborigenlər belə bu ərazidən həmişə uzaq durublar.

Antropoloq Duqlas Ouslinin araşdırması dənizçi hanninbalistlər barədə yeni faktları ortaya çıxarıb. Franklin ekspedisiyasının üzvlərinin hannibalizmi barədə hələ uzun illər əvvəl məlumatlar var idi. Kanada antropoloqları 2 rayonda toplanan 35 sümüyün yeni analizini aparıblar.

Məlum olub ki, dənizçilər ölən yoldaşlarının sümüklərini bölərək iliyi yeyiblər. Bu, onların son kolori mənbəyi olub. Ortadan bölünmüş sümüklər bunu bir daha təsdiqləyib.

Antropoloqlar əsas suala- dənizçilərin intihar yolu olan cənub yolunu seçməsinə cavab verə bilməyiblər. Bəzi fikirlərə görə, dənizçilərin içdiyi suyun tərkibində olan bəzi maddələr onların normal düşünmək qabiliyyətini azaldıb. Ancaq bunu təsdiqləmək üçün dənizçilərin dişlərinin analizi aparılmalıdır.

Məlumat üçün bildirək ki, Franklinin rəhbərlik etdiyi ekspedisiyada 129 əsgər və zabit olub. Onlar 1845-ci ildə İngiltərədən yola düşüblər. Gəmi 1849-cu ildə Kinq-Vilyam adasında buza ilişib, dənizçilər isə yaşamaq uğrunda mübarizə aparsalar da buna nail ola bilməyiblər.

1854-cü ildə səyyah Con Rey yerli sakinlərdən bu barədə topladığı məlumatları və bəzi əşyaları analiz edərək dənizçilərin hannibalizmi haqqında ilk məlumatı verib. Britaniya mətbuatında onunla bu mövzuda dialoqa girənlər arasında Çarlz Dikkens də olub. Dikkens dənizçilərin hannibal olması barədə fikirlərlə qətiyyən razılaşmayıb.

İnterpress.az