Azərbaycanlı ərinin ikinci arvadı olan rus qızından maraqlı açıqlamalarbackend

Azərbaycanlı ərinin ikinci arvadı olan rus qızından maraqlı açıqlamalar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpres.az xəbər verir ki, bu barədə məlumatı \”Esquire\” nəşri yayıb.

Nəşrin bildirdiyinə görə, Moskvada “Aişə” qadın klubu fəaliyyət göstərir. Klubun üzvləri olan müsəlman qadınlar ərlərinin yeganə arvadı deyil. Klub üzvləri ikinci, üçüncü, hətta dördüncü arvad olmaqda pis heç nə görmədiklərini bildirirlər: “Bu, özünə sevgili tapıb, daha sonra uşaqları taleyin ümidinə buraxmaqdan daha yaxşıdır”.

İslamı qəbul etmiş Klavdiya adlı rus qızı bildirib ki, əri öləcəyi təqdirdə uşaqlarının olmasına baxmayaraq onunla evlənmək istəyənlər olacaq: “Bilirəm ki, məni özünə arvad edəcək şəxs tapılacaq. Qoy lap ikinci arvad olum. Əvvəl elə düşünürdüm ki, güvənə biləcəyim adamı tapa bilərəm. Amma sonra bildim ki, indiki zamanda bu, o qədər də inandırıcı deyil. Mənə islam haqqında danışanda bildim ki, bu, mənim həyat prinsipimdir”.

Qadınların dediyinə görə, ərləri onlarla yaxşı rəftar edir, içmir, çəkmir. Rus qızlarının müsəlman kişilərə meyl salmasına səbəb olan amillər də əsasən bunlar olur.

Daşa adlı rus qızı müsahibəsində ərinin Azərbaycandan olduğunu və vətənində arvadı olduğunu bildirib: “Ərim Azərbaycanda yaşayan arvadı ilə də internet vasitəsilə əlaqə saxlayır. Nadir hallarda ona baş çəkmək üçün Azərbaycana gedir. Əvvəllər ikinci arvadı kimi məni anası ilə tanış etmək istəmirdi. Çünki anası məsələlərə hələ də sovet insanın baxışı ilə baxır. Ancaq daha sonra məni anası ilə tanış etdi. Qadın da buna heç bir etiraz bildirmədi”.

Məlumata görə, Rusiyada, xüsusilə də Moskvada rus qızları ilə vətəndaş, yaxud dini nikahda yaşayanlar əsasən Azərbaycan və Tacikistandan olan miqrantlardır.

İnterpress.az