“İsa Qəmbərdən təbrik gözləyirdim”backend

“İsa Qəmbərdən təbrik gözləyirdim”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu APA-ya “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu deyib.

R. Arifoğlu Müsavat Partiyasının sabiq başqanının ona qarşı heç bir ittiham irəli sürmədiyini bildirib: “Orada İsa bəy heç bir ittiham səsləndirməyib. Sadəcə, fikirlərini söyləyib. Mən də o fikirlərə hörmət edirəm. Amma dediyim kimi, mənim fəaliyyətim şəffafdır. Başqa bir sahədə yox, media sahəsindəyəm. Mənim fəaliyyətimi hər kəs görəcək, o cümlədən də İsa bəy… Yəqin ki, İsa bəy çox diqqətli, keyfiyyətli oxucu kimi bizim fəaliyyətimizi bundan sonra da izləyəcək və görəcək ki, narahatlığa heç bir əsas yoxdur”.

“Yeni Müsavat” qəzetinin baş redaktoru qeyd edib ki, “Əməkdar jurnalist” fəxri adı alması münasibətilə İ. Qəmbər onu təbrik etməyib: “Təbrik gözləyirdim, amma etmədi. Bu statusdan sonra isə heç gözləmirəm”.

Qeyd edək ki, Müsavat Partiyasının sabiq başqanı İ. Qəmbər Facebookda yazdığı statusda “Yeni Müsavat” qəzetinin baş redaktoru R. Arifoğlunun fəxri ad almasını onun prezident İlham Əliyevlə barışması kimi qiymətləndirib.

İnterpress.az