Gəncədə avtomobil aşıb, 5 nəfər xəsarət alıbbackend

Gəncədə avtomobil aşıb, 5 nəfər xəsarət alıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə Gəncə-Bakı avtomobil yolunda, Nizami məqbərəsinin yaxınlığında qeydə alınıb. Goranboy rayon sakini, 1977-ci il təvəllüdlü Vüqar Əliyevin idarə etdiyi “VAZ-2107” markalı avtomobil idarəetmədən çıxaraq, yolun kənarındakı səkiyə çırpılıb və aşıb. Nəticədə sürücü və 4 sərnişin yaralanaraq, Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır. ( apa )

İnterpress.az