İnterpress.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu gün saat 11.00-dan etibarən cib telefonu operatorları və UyduNet üzərindən “Twitter”ə girməyə çalışanlar buna müəffəq olmayıb.
Əldə edilən məlumata görə, Suruçdaki partlama anı görüntüləri yayıldıqdan sonra məhkəmə həm vizual mətbuat, həm də sosial mediaya yayın qadağası gətirdi. Qərar dünəndən etibarən tərəflərə çatdırılıb.
“Twitter”də bu kateqoriyadan olan paylaşımların 107-i müəyyən olunub. “Twitter” bunlardan 50-ni sildiyi halda, 57-i ilə bağlı araşdırmanı davam etdirir. Ancaq araşdırma davam edərkən qanun çərçivəsində qoyulan 4 saatlıq müddət başa çatdığı üçün giriş qadağası da artıq tətbiq olunur. “Twitter” bu paylaşımların hamısını silərsə, girişə məhdudiyyət aradan qaldırılacaq.
İnterpress.az