Rusiyada yaşayan Azərbaycan vətəndaşlarının sayı açıqlanıbbackend

Rusiyada yaşayan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu Rusiya Federal Miqrasiya Xidmətinin rəhbəri Konstantin Romadanovski bu gün keçirdiyi mətbuat konfransında bildirib.

2015-ci ilin ilk 6 ayı ərzində miqrantların statistikası barədə məlumat verən FMX rəhbəri qeyd edib ki, Rusiyada miqrantların sayına görə Özbəkistan birinci yerdədir. Onun sözlərinə görə, hazırda Rusiyada 2 milyon 145 min 260 nəfər Özbəkistan vətəndaşı var. İkinci isə Ukraynadır. Belə ki, Rusiyada 1 milyon 601 min 706 nəfər Ukrayna vətəndaşı yaşayır.

K. Romadanovski bu göstəricilərdə Ukraynanın cənub-şərqindən olan qaçqınların nəzərə alınmadığını əlavə edib: “Həmin qaçqınlar bu siyahıya daxil edilməyib. Onların sayı 1 milyon nəfərdən çoxdur”.

Siyahıda üçüncü yerdə 992 min 170 nəfərlə Tacikistan, dördüncü yerdə 709 min 640 nəfərlə Qazaxıstan, beşinci yerdə 552 min 593 nəfərlə Azərbaycan, altıncı yerdə 543 min 836 nəfərlə Moldova, 7-ci yerdə 534 min 851 nəfərlə Ermənistan, 8-ci yerdə isə 521 min 338 nəfərlə Qırğızıstan qərarlaşıb. ( apa )

İnterpress.az