Avropa Birliyindən Fransa şirkətinə cəza – 1,38 milyard avrobackend

Avropa Birliyindən Fransa şirkətinə cəza – 1,38 milyard avro

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Birliyi Komissiyası sərbəst rəqabət qaydalarına zidd hərəkət etdiyi üçün Fransa Elektrik Paylama İdarəsinin dövlətdən aldığı 1.38 milyard avroluq yardımı geri qaytarmasını tələb edib.

İnterpress.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sözügedən idarənin 1997-ci ildə dövlətdən aldığı maliyyə yardımından sonra Avropa Birliyinin sərbəst rəqabət qaydalarına zidd hərəkətlər etməsi aşkarlanıb. Komissiyanın bu qaydalara məsul işçisi Margret Vestager verdiyi açıqlamada bildirib ki, fransalı rəsmilər vergi azadlığı tanıdıqdan sonra bizim qaydalarımıza zidd hərəkətlər edib.

Əgər qərar qəbul olunarsa, şirkət sözügedən məbləği ödəməli olacaq.

Kamil Əmirli

İnterpress.az