Girov qadınlarla bağlı seks qalmaqalı – VİDEObackend

Girov qadınlarla bağlı seks qalmaqalı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, İtaliya Senatının başqan köməkçisi Maurizio Qasparri qaçırıldıqdan 5 ay sonra sərbəst buraxılan və bunun müqbilində 12 milyon dollar ödənildiyi bildirilən yardım könüllülərinin onları qaçıran döyüşçülərlə cinsi əlaqədə olduğunu bildirib. Nüsra Cəbhəsi üzvləri tərəfindən qaçırılan gənc qızlar Türkiyədən keçirilməklə Romaya aparılıb.

Keçmiş baş nazir Silvio Berluskoninin partiyasının üzvü olan Maurizio Qasparri Twitter səhifəsində paylaşdığı mesajda belə yazıb: “Venessa ve Qreta döyüşçülərlə öz istəkləri ilə sekslə məşğul oldular? Və bunu biz ödəyirik”.

Qasparrinin bu müsajı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bəziləri Qasparrini tənqid etdiyi halda, bir çoxları onun fikirləri ilə razılaşıb.
Qasparri girovlar müqabilində pul ödənilməsinə qarşı çıxaraq “Məni də qaçırsalar pul ödənilməsin” deyə bildirib.

Xatırladaq ki, girov qızlar istintaqa ifadələrində döyüşçülər tərəfindən zorakılıq və təcavüzə məruz qalmadıqlarını bildiriblər.

İnterpress.azhttps://youtube.com/watch?v=wXw5fBOJdNI