Tetçerin hökumətində uşaqbazlar: məxfi sənədlər tapıldıbackend

Tetçerin hökumətində uşaqbazlar: məxfi sənədlər tapıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bəzi məmurların uşaqbaz olması ilə bağlı məlumatlar MI5- yəni təhlükəsizlik xidməti tərəfindən gizlədilib.

“Times” qəzetinin yazdığına görə, uşaqbazlıqda şübhəli bilinən məmurlar arasında parlamentin katibi Piter Morrison, daxili işlər naziri Leon Brittan, diplomat Piter Heyman və nazir Uilyam van Ştrobenzi də olub.

MI5-in o zamankı baş direktoru Entoni Daff kabinetin katibi Robert Armstronqa 1986-cı ildə göndərdiyi məktubunda belə yazıb: “Hazırkı vəziyyətdə hökumətin siyasi diskreditasiyası təhlükəsizliklə bağlı təhlükədən daha vacibdir”.

Əvvəllər bu sənədlər itirilmiş yaxud məhv edilmiş hesab edilirdi. Ancaq bu yaxınlarda sənədlər Britaniya Nazirlər Kabinetinin katibliyində tapılıb.

İnterpress.az