Ölkəyə gələn bütün “oğru”lar aeroportda həbs edilirbackend

Ölkəyə gələn bütün “oğru”lar aeroportda həbs edilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu parlamentdə çıxışı zamanı Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifəsinə namizəd olan Vaxtanq Qomelauri bildirib.

Onun sözlərinə görə, kriminal aləmin təmsilçilərinin həbsi qanun çərçivəsində, reklamsız aparılır. 2008 – 2012-ci illərdə Gürcüstana 11 “oğru” gəlib, ancaq onlar dərhal da ölkəni tərk ediblər. Ölkədə qalan “oğru”lar isə həbs edilib.

Vaxtanq Qomelauriyə “oğru” Roman Barbakadzenin həbsi xatırladılıb. Ötən il Ukraynada saxlanılan Barbakadze Qırğızıstan vətəndaşı Ramin Alxasovun adına saxta pasport təqdim edib. Araşdırma nəticəsində məlum olub ki, əslində o, Gürcüstanda axtarışa verilən Barbakadzedir.

Daha sonra “oğru” Ukraynadan Gürcüstana ekstradasiya edilib. Ancaq aeroporta gələn DİN əmədaşları təyyarənin sərnişinləri arasında “oğru”nu tapmayıb. Məlum olub ki, polisləri xüsusi təyinatlılar qabaqlayaraq “oğru”nun burbaşa təyyarənin salonundan naməlum istiqamətə aparıblar. “Remen” ləqəbli bu “oğru” təyyardən yoxa çıxandan sonra onun barəsində müxtəlif söz-söhbətlər yayılıb. Hətta onun Şemokmedi kəndində gizləndiyi bildirilib. Üstəlik də bu fikri Ozurqeti Şəhər Şurasının müxalifətdən olan deputatı David Mjavanadze səsləndirib. Deputatın sözlərinə görə, “oğru” həmin kənddə şah kimi yaşayıb. Ona Ozurqeti məmurları xüsisi xidmət göstərib.

Ancaq parlamentdəki çıxışı zamanı Vaxtanq Qomelauri bu barədə suallara cavab verə bilməyib. O, hətta “Remen”in Gürcüstana gəlib-gəlmədiyinə də aydınlıq gətirməyib: “Deyə bilmərəm ki, “Remen” Gürcüstan ərazisinə daxil olub və çıxıb. Bu heç bir yerdə qeydiyyata alınmayıb. Gürcüstana ancaq 3 “oğru” gəlib və biz onları həbs etmişik. 2008 – 2012-ci illərdə ümumilkdə ölkəyə 11 “oğru” giriş edib, onlar da gömrükdə və sərhəddə qeydiyyata alınıb. Ancaq yarım saat sonra ölkəni tərk ediblər. Bəziləri heç aeroportdan çıxa bilməyib, dərhal geri göndəriliblər. Ölkədə qalanları isə biz həbs etmişik”.

İnterpress.az