“İŞİD öldürdü” deyilən dünya çempionu sağdır?backend

“İŞİD öldürdü” deyilən dünya çempionu sağdır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qeyd edək ki, onun Suriyada öldürülməsi barədə ailəsi İsveç televiziyasına çempionu Valdet Qaşının ölümü ilə bağlı yeni məlumatlar yayılıb. İnterpress.az xəbər verir ki, thai-boks üzrə 2 dəfə müsahibədə bildirmişdi. O zaman çempionun ölüm səbəbi barədə məlumat verilmirdi.

Suriya İnsan Haqları Monitorinq Təşkilatının apardığı araşdırma çempionun ölüm səbəbini üzə çıxarıb. Məlum olub ki, Qaşı bir qrupla birlikdə Hələbdən qaçarkən İŞİD döyüşçüləri tərəfindən tutulub.

Münbiç şəhərində bir müddət həbsdə saxlandıqdan sonra isə güllələnib. Ancaq başqa bir məlumata görə isə, Qaşı hələ sağdır və İŞİD-dən qaçmağa çalışır.

Məlumatlara görə, 29 yaşlı Valdet Qaşı bu il yanvar ayında İŞİD-də qoşulmaq üçün Almaniyadan qaçıb. İki qızını və arvadını qoyaraq İŞİD-ə qoşulan boksçu barədə daha sonra heç bir məlumat alınmayıb.

İnterpress.az