İnterpres.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yürüşün keçiriləcəyi “Taksim” meydanında səhər saatlarından etibarən təhlükəsizlik tədbirləri görülüb. Yüzlərlə insanın qatıldığı yürüşdə jurnalistin öldürüldüyü yerə qərənfillər qoyulub.
Yürüşə qatılanlar əllərində “Üzləşin: Hrant Dinklə, Soyqırımla” yazılan pankart tutublar. Beləliklə də jurnalistin anım günündə “soyqırımı” tanımaq çağırışları səslənib.
İnterpress.az