İngilis qadınlar terrorçu yetişdirirbackend

İngilis qadınlar terrorçu yetişdirir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.z bildirir ki, yazıda kəşfiyyatın 30 nəfərlik qrupu aşkarladığı barədə məlumalar yer alıb. Məlumatlara görə, qadınlar bu məsələdə əsas rol oynayırlar. İŞİD-ə qatılmaq üçün Suriyaya gedən qadınlar İngiltərədəki həmcinslərini ölkədə terror aksiyaları təşkil etməyə cəsarətləndirir.

Kral Kollecinin Beynəlxalq Radikallaşma Araşdırma Mərkəzinin (İCSR) terroru təşviq edən ingilis cihatçı qadınların rolunun dəyərləndirildiyi hesabatında Şimali Suriyada 30-a qədər britaniyalı qadının olduğunu bildirilir. Bu qadınların sosial mediadakı hesabları araşdırıldığında onların bir hissəsinin İŞİD terrorçusu yetişdirdiyi və ya açıq-aşkar “Charlie Hebdo”ya hücumu dəstəklədikləri aydın olub.

Paris və Brüsseldən sonra İngiltərədə də terror təhlükəsi riskini dəyərləndirən polis qadın cihadçılar haqqında hesabatı diqqətlə nəzərdə keçirir.

“The Sunday Times” qəzetində yer alan məqaləyə görə isə, İngiltərə polisi radikallaşma təhlükəsiylə üz-üzə olan şagirdlərə sosial şəbəkədə ünsiyyət zamanı ev ünvanlarını gizlətmələri barədə məsləhət verib.

İnterpress.az