Şəhər sakinləri – 1986-cı il təvəllüdlü Hökümə Baxışova və 1967-ci il təvəllüdlü Çingiz Abdullayev sirkə turşusundan zəhərlənmə diaqnozu ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir. Zəhərlənən şəxslərin intihara cəhd edib-etmədikləri dəqiqləşdirilir.
Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır. ( apa )
İnterpress.az