Ötən il 14 məhkəmə hakiminin səlahiyyətlərinə xitam verilibbackend

Ötən il 14 məhkəmə hakiminin səlahiyyətlərinə xitam verilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən il Azərbaycanda 14 məhkəmə hakiminin səlahiyyətlərinə xitam verilib.

İnterPress.az-ın məlumatına görə, bu barədə Məhkəmə-Hüquq Şurasının iclasında bildirilib.

Məlumatda bildirilir ki, vətəndaşların haqlı narazılığını doğuran pozuntulara görə Şura tərəfindən 14 hakimin fəaliyyəti qanunvericiliklə nəzərdə tutulmuş qaydada qeyri-məqbul qiymətləndirilməklə səlahiyyətlərinə xitam verilib, habelə 4 məhkəmə sədri aşağı işə keçirilib. 6 hakim intizam məsuliyyətinə cəlb edilib, 2 nəfərin tutduğu vəzifədən azad edilməsi, 1 nəfərin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi barədə qərarlar qəbul olunub.

Ümumiyyətlə isə Şuranın fəaliyyət göstərdiyi 2005-ci ildən hakimlər barədə 250-dən çox intizam icraatı başlanılıb, 122 hakim qanunvericiliklə nəzərdə tutulmuş müxtəlif əsaslarla, o cümlədən, 14 nəfər intizam qaydasında, 74 nəfər səlahiyyət müddəti bitdiyinə görə, 34 nəfər isə yaş həddinə çatması ilə əlaqədar səlahiyyət müddəti uzadılmayaraq məhkəmə sistemindən kənarlaşdırılıb.

İnterPress.az