Serj Sarqsyanın qardaşına qarşı ittiham irəli sürülübbackend

Serj Sarqsyanın qardaşına qarşı ittiham irəli sürülüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın keçmiş Prezidenti Serj Sarqsyanın qardaşı Aleksandr Sarqsyana qarşı iri məbləğdə dələduzluq əməli törətmək maddəsi üzrə ittiham irəli sürülüb.

İnterPress.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Milli Təhlükəsizlik Xidmətindən bildiriblər.

A.Sarqsyana qarşı ittiham sübut edilərsə, onu 4 ildən 8 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir.

Qeyd edilib ki, istintaqın gedişində A.Sarqsyan silah alışından mənimsədiyi 19 milyon 600 min dolları könüllü olaraq dövlətə qaytarıb.

İnterPress.az