Oğuzda yol qəzası olub, xəsarət alan varbackend

Oğuzda yol qəzası olub, xəsarət alan var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oğuz rayonunda yol qəzası baş verib.

İnterPress.az-ın məlumatına görə, hadisə bu gün günorta saatlarında rayonun Qumlaq kəndi ərazisində qeydə alınıb.

Həmin kəndin sakini, 1995-ci il təvəllüdlü Toğrul Azər oğlu İsmayılov idarə etdiyi motosikletlə hərəkətdə olarkən idarəetməni itirərək nəqliyyat vasitəsini aşırıb. Yaralı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. T.İsmayılova burunun və sol qolun bazu sümüyünün sınığı diaqnozu qoyulub. Xəstədə kəllə-beyin travması şübhəsi olduğundan Mingəçevir şəhərindəki xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.(report)

İnterPress.az